# Dələduzluq üsullarını gözdən keçir və bu kimi hallara daim hazırlıqlı ol

![E‑poçt dələduzluğu](https://kibertehlukesizlik.birbank.az/_next/image?url=https%3A%2F%2Fcdn.bir.az%2Fmarketing-common-prod-web-images%2Femail_a16f8a7e1f.png&w=3840&q=100)

## E‑poçt dələduzluğu

1. 1. Oxşar e‑poçt ünvanı Elektron poçtuna gələn mesajlarda ilk növbədə diqqət etməli olduğun məqam göndərən tərəfin ünvanıdır. Ünvan sənə şübhəli görünürsə, həmin məktubu açma.
2. 2. Səhvlərlə dolu mətn Məktubda çoxsaylı qrammatik səhvlərin olması fırıldaqçılığa işarə edə bilər. Çünki rəsmi mənbələrdən gələn məktublarda yazı qaydaları qorunur.
3. 3. Qorxu hissi yaratma Dələduzlar emosional manipulyasiya üsullarından tez-tez istifadə edirlər. Hesabın bloklanacağını bildirən və ya dərhal giriş tələb edən mətnlərə yoxlamadan güvənmə.
4. 4. Şübhəli linklər Rəsmi mənbəyə aid olmayan linkləri müəyyənləşdirmək üçün ünvana diqqət yetir. Əmin olmadığın belə linklərə və ya sorğulara məlumatlarını əlavə etmə.
5. 5. Viruslu qoşmalar E‑poçt ilə göndərilən fayllar zərərli virus daşıyıcısı ola bilər. Belə faylları yükləməzdən əvvəl məktubun rəsmi mənbədən gəldiyinə əmin ol.

![SMS dələduzluğu](https://kibertehlukesizlik.birbank.az/_next/image?url=https%3A%2F%2Fcdn.bir.az%2Fmarketing-common-prod-web-images%2Fsms_b50a2f0725.png&w=3840&q=100)

## SMS dələduzluğu

1. 1. Naməlum nömrələr Rəsmi mənbələr SMS göndərərkən standart və ya əcnəbi nömrələrdən istifadə etmir. Bu kimi nömrələrdən gələn mesajlara diqqətlə yanaş.
2. 2. Təcililik SMS mətnində “Hesabınız dərhal dondurulacaq!” kimi ifadələrin olması mesajın dələduzlar tərəfindən yazılmasına işarə ola bilər.
3. 3. Şəxsi məlumat tələbi Kart məlumatları, şifrə və ya pin-kod tələb edən SMS-ləri dərhal sil. Çünki rəsmi mənbələr bu tip şəxsi məlumatları heç vaxt soruşmur.
4. 4. Linklər SMS-dəki linklərə keçid edərkən onların hansı ünvana apardığına xüsusi nəzər yetirmək lazımdır.

![Sosial media dələduzluğu](https://kibertehlukesizlik.birbank.az/_next/image?url=https%3A%2F%2Fcdn.bir.az%2Fmarketing-common-prod-web-images%2Fsocial_d071d459e1.png&w=3840&q=100)

## Sosial media dələduzluğu

1. 1. Uydurma reklamlar Dələduzlar oxşar kampaniya posterləri yaradır və şirnikləndirici təkliflər edirlər. Belə reklamlarda səhifə adının doğruluğuna diqqət yetir və məlumatlarını paylaşma.
2. 2. Saxta hesablar Dələduzlar məqsədlərinə çatmaq üçün sosial mediada oxşar adlı hesablar yaradır və həmin real profili izləyən hesablara mesajlar yazırlar.
3. 3. Asan tapılan şifrələr Sosial mediada çətin təxmin oluna bilən şifrələr istifadə et. Əks halda dələduzların şifrələri qırma şansı çoxalır, beləcə, real hesabı ələ keçirir və ən son mesaj göndərilmiş hesablara yazaraq pul istəyirlər.
4. 4. Şəxsi məlumat paylaşımı Şəxsi və ya kart məlumatlarını sosial mediada paylaşmamağa çalış. Xüsusilə açıq hesab istifadə edirsənsə.

![Telefon zəngi dələduzluğu](https://kibertehlukesizlik.birbank.az/_next/image?url=https%3A%2F%2Fcdn.bir.az%2Fmarketing-common-prod-web-images%2Fphone_0f591ef768.png&w=3840&q=100)

## Telefon zəngi dələduzluğu

1. 1. Xarici nömrələrdən zənglər Banklar əcnəbi nömrələrlə zəng vurmur. Odur ki əcnəbi nömrədən gələn və özünü bank əməkdaşı olaraq tanıdan şəxslərin zənglərinə etibar etmə. Şübhələndiyin an dərhal zəngi sonlandır və özün banka zəng vur.
2. 2. Təcili təkliflər Zəng edən şəxs dərhal hansısa addım atmağı tələb edirsə, ehtiyatlı olmaqda və dəqiqləşdirmə aparmaqda fayda var.
3. 3. Şəxsi məlumat tələbi Bank əməkdaşı heç bir halda zənglərdə məxfi kart məlumatlarını, birdəfəlik şifrələri tələb etmir. Belə tələb aldığın an zəngi bitir.
4. 4. Ani zəng Gözlənilməz bir zəngdə yaxınlarla bağlı sarsıdıcı xəbərlər verilir və təcili ödəniş istənir. Belə hallarda təşvişə düşmədən məlumatı fərqli mənbələrdən dəqiqləşdirməyə çalış.

![Digər dələduzluq növləri](https://kibertehlukesizlik.birbank.az/_next/image?url=https%3A%2F%2Fcdn.bir.az%2Fmarketing-common-prod-web-images%2Fimg_9c93fae8e5.png&w=3840&q=100)

## Digər dələduzluq növləri

1. 1. WhatsApp/Telegram dələduzluğu Tanıdığın şəxslərin profil şəklini istifadə edərək oxşar nömrələrdən mesajlar göndərilir. Bu zaman nömrəyə və mesajın tərzinə diqqət etmək lazımdır.
2. 2. Mobil tətbiq dələduzluğu Smartfona virus daşıyıcısı olan "crack" proqramlar yükləmək risklidir. Ödənişli xidmətləri pulsuz təqdim edən bu tip "apk" fayllar cihazlarda arxa planda cəsusluq edirlər.
3. 3. Saxta sayt dələduzluğu Dələduzlar müxtəlif saytların kopiyasını yaratmaqla lotereya fürsətləri, endirimlər və ya hədiyyələr təklif edirlər. Bu zaman sorğu linklərini doldurmaq və ya ödəniş tələb olunur. Odur ki belə saytların ünvanını diqqətlə gözdən keçir.